Çinin şimal-qərbində 40 terrorçu-kamikadzenin törətdiyi partlayışlar nəticəsində 50-dək insan ölüb

Çinin şimal-qərbində 40 terrorçu-kamikadzenin törətdiyi partlayışlar nəticəsində 50-dək insan ölüb
# 26 sentyabr 2014 00:46 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, terror aktları nəticəsində 50-dək insan ölüb.

Polisin məlumatına görə, ölənlərdən 40 nəfəri terrorçu-kamikadzedir. Onlar ərzaq bazarı, 2 polis bölməsi və bir neçə ictimai yerlərdə özlərini partladıblar. Terrorçuların bir qismi partlayışlar nəticəsində ölüb, bir neçəsini isə polis məhv edib. İki terrorçu polis tərəfindən saxlanılıb.

Rəsmi məlumata əsasən, partlayışlar nəticəsində həmçinin 8 dinc sakin, 2 polis əməkdaşı ölüb, 54 nəfər yaralanıb.

Hələlik heç bir təşkilat partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR