Çinin Tyantszin şəhərində güclü partlayışların baş verdiyi ərazidə sağ qalmış şəxs aşkarlanıb

Çinin Tyantszin şəhərində güclü partlayışların baş verdiyi ərazidə sağ qalmış şəxs aşkarlanıb
# 14 avqust 2015 05:34 (UTC +04:00)

Bakı-APA. Çinin Tyantszin şəhərində xilasedicilər avqustun 13-nə keçən gecə baş vermiş güclü partlayışlardan sonra hadisə yerində sağ qalmış şəxsi aşkarlayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Son məlumata görə, Tyantszin şəhərində güclü silsilə partlayışlar nəticəsində 50 nəfər ölüb, 701 nəfər xəsarət alıb, onlardan 71-nin vəziyyəti ağırdır. Daha 21 nəfər itkin düşmüş hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR