Dəməşqin mərkəzi minaatanlardan atəşə tutulub

Dəməşqin mərkəzi minaatanlardan atəşə tutulub
# 11 fevral 2018 04:26 (UTC +04:00)

Terrorçular Dəməşqin mərkəzini minaatanlardan atəşə tutub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, minalardan bir neçəsi “Damaroz” otelinin yaxınlığında partlayıb.

SANA-nın məlumatına görə, insident nəticəsində 11 nəfər xəsarət alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl terrorçuları Dəməşqin prezident rayonunu bombalayıb. Minalardan biri Rusiyanın Suriyadakı ticarət nümayəndəliyinin binasına dəyib, xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR