Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti Yeni GAMOH fəallarına müraciət edib

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti Yeni GAMOH fəallarına müraciət edib
# 02 avqust 2013 09:09 (UTC +04:00)

Bakı - APA. Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti həbsxanada aclıq aksiyasını davam etdirən Yeni GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) fəallarına aclıq aksiyasını dayandırmaları ilə bağlı müraciət edib.

APA-nın xəbərinə görə, müraciətdə deyilir: “Zaman-zaman haqsızlığa, insanlığa sığmayan bir rejimə qarşı apardığınız mübarizə əvvəl-axır öz bəhrəsini verəcək, demokratik, ədalətli bir ölkə quracaqsınız. Bu, Sizin milli haqqınızdır. Bu mübariz yolda sizə əzmkar, dözümlü olmaq üçünsə sağlamlıq da gərəkdir. Məhz sağlamlığınızı qorumaq üçün biz analar Sizdən 20 gündən artıq dözdüyünüz aclıq aksiyasını dayandırmağı xahiş edirik. Qoy bütün dünya ictimaiyyəti bilsin ki, murdar rejimin sizlərə etdiyi insanlıqdan kənar, çirkin işgəncələr Sizin kimi mətin oğullarımızı əqidəsindən, mübarizə yolundan döndərə bilməz. Biz sizinləyik!”

Qeyd edək ki, 9 il azadlıqdan məhrum edilmiş Yeni GAMOH fəalları Lətif Həsəni, Ayət (Yürüş) Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə iyulun 13-dən məhkəmənin barələrində ədalətsiz hökmünə etiraz olaraq aclıq aksiyasına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR