Dubayda yaşayış kompleksində güclü yanğın baş verib

Dubayda yaşayış kompleksində güclü yanğın baş verib
# 13 dekabr 2016 01:38 (UTC +04:00)

Dubayın Palm Jumeira adasında yerləşən “Oceana” yaşayış kompleksində güclü yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şahidlərin sözlərinə əsasən, yanğın binanın yuxarı mərtəbələrində başlayıb.

Yaşayış kompleksinin sakinləri təxliyə olunub. İlkin məlumata görə, zərərçəkən yoxdur. Hazırda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, bu ilin iyulunda Dubayın ən hündür mərtəbəli binalarından biri olan “Sulafa Tower”-də baş verən yanğın nəticəsində 3 nəfər xəsarət almış, 13 nəfər isə tüstüdən zəhərlənmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR