Ədəndə Cənubi Yəmənin müstəqilliyinin tərəfdarları və hökumət qüvvələri arasında toqquşma olub

Ədəndə Cənubi Yəmənin müstəqilliyinin tərəfdarları və hökumət qüvvələri arasında toqquşma olub
# 28 yanvar 2018 16:04 (UTC +04:00)

Bu gün Ədən şəhərində Cənubi Yəmənin müstəqilliyinin tərəfdarları və hökumətə sadiq hərbi birləşmələr arasında silahlı qarşıdurma baş verib.

APA-nın məlumatına görə, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

"Cənubi Yəmən Keçid Şurası" adlı qurumun silahlı bölmələri və Prezident Qvardiyası arasında baş verən toqquşmalarda 20 nəfər ölüb. Toqquşmanın formal səbəbi hökumətin istefası ilə bağlı mitinq keçirilməsinə qadağa qoyulması olub. Hakimiyyət şəhərin şərq və şimal girişlərini bağlayıb, şəhərin mərkəzinə hərbçilər yerləşdirib. Buna cavab olaraq Cənubi Yəmən Keçid Şurasının silahlı bölmələri Ədənin Xor-Maksar, Dar Saada və Mansur rayonlarında bir neçə hökumət binasını ələ keçirib, aeroportun fəaliyyətini dayandırıblar.

Baş nazir Əhməd ben Daqr Ədəndə baş verənləri çevriliş cəhdi adlandırıb, tərəfləri atəşi dayandırmağa, hərbçiləri kazarmalara qayıtmağa çağırıb. Yəmən prezidenti Mənsur Hadi də atəşin dayandırılması çağırışı ilə çıxış edib.

Qeyd edək ki, 2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri və qiyamçı husilər arasında toqquşmalar davam edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın 2015-ci ilin martında müdaxiləsi ilə qarşıdurma daha aktiv mərhələyə keçib. Paytaxt Səna husilərin nəzarətində olduğu üçün hazırda hökumət strukturları müvəqqəti Ədən şəhərində yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR