Əfqanıstanda yük maşını partladılıb: 8 nəfər ölüb, 12 nəfər yaralanıb

Əfqanıstanda yük maşını partladılıb: 8 nəfər ölüb, 12 nəfər yaralanıb
# 06 avqust 2015 10:17 (UTC +04:00)

APA-nın “Fox News”a istinadən verdiyi xəbərə görə, hadisə şərqi Loqar əyalətinin mərkəzi olan Puli Alamda baş verib.

Loqar qubernatorunun sözçüsü Din Məhəmməd Dərviş bildirib ki, ölənlərdən üçü polis əməkdaşı, beşi isə mülki vətəndaşdır. Yaralılar arasında da 5 nəfər polis var.

Hadisəyə görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. Hərəkat nümayəndələri hədəfin hərbi birləşmələr olduğunu bəyan ediblər.

Qeyd edək ki, Molla Ömərin ölümündən sonra “Taliban” daxilində qarışıqlıq hökm sürür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR