Əli Əkbər Salehi: “İran nə Şimali Koreya, nə də Liviya kimi olacaq”

Əli Əkbər Salehi: “İran nə Şimali Koreya, nə də Liviya kimi olacaq”
# 02 mart 2013 10:18 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “İran nə Şimali Koreya, nə də Liviya kimi olacaq”. APA-nın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, İranın nüvə proqramı ətrafında yaranmış gərginlik mütləq həl olunacaq: “Çünki İranın nüvə fəaliyyətlərində beyinlərdə sual işarəsi yaradacaq heç bir problem yoxdur. Bununla bağlı ölkənin ali dini lideri, ayətullah Əli Xamneyinin nüvə silahlarının haram olması ilə bağlı verdiyi fətva kifayətdir”.

Ə. Salehi deyib ki, İranın nüvə enerjisindən yararlanmaq ən təbii haqqıdır: “Bizim nüvə proqramımız hərbi məqsədli deyil”.

Nazir fevralın 26-27-də İranla “altılıq” ölkələri arasında Qazaxıstanın Almatı şəhərində keçirilmiş son nüvə müzakirələrinə də toxunub: “Bu görüşdə tərəflər arasında yaşanan problemin aşılması üçün əhəmiyyətli irəliləyiş əlde edilib. Almatı müzakirələri əvvəlkilərdən daha fərqli olub. Hətta ABŞ-ın da mövqeyi bu görüşdə digər müzakirələrdən fərqli olub. Əgər ABŞ İrana qarşı keçmişdəki düşmənçiliyini təkrarlamayıb səmimiyyətini ortaya qoyması vəziyyətində bu ölkə ilə birbaşa müzakirə məsələsi araşdırılacaq”.

Ə. Salehi həmçinin İranın cənubunda yerləşən Buşəhr Atom-Elektrik Stansiyasının (AES) tam olaraq nə vaxt fəaliyyətə başlayacağını da söyləyib: “Hazırda stansiya fəaliyyət göstərir. Yanacağının yerləşdirilməsindən sonra obyektin tam tutumla fəaliyyət göstərməsi bir il vaxt alacaq. Bunu da normal bir müddət kimi qəbul etmək olar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR