Ərdəbildə 56 yaşlı məhbus edam edilib

Ərdəbildə 56 yaşlı məhbus edam edilib
# 27 avqust 2013 00:51 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranın Ərdəbil vilayətində bir nəfər edam edilib. APA-nın məlumatına görə, həmin şəxs narkotik maddələrin daşınması və saxlanılmasında ittiham olunub. Onun ad və soyadı açıqlanmır.

56 yaşlı məhbus üzərində 991 qram heroinlə tutulduğuna görə ölüm hökmünə məhkum edilib.

Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra avqustun 26-da səhər saatlarında Ərdəbildə icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR