Haşimi Rəfsəncani Suriyaya hərbi müdaxiləni yolverilməz sayır

Haşimi Rəfsəncani Suriyaya hərbi müdaxiləni yolverilməz sayır
# 29 avqust 2013 09:56 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncani kimyəvi silahlardan istifadə edilməsi bəhanəsi ilə Suriyada hərbi müdaxiləni yolverilməz sayır. APA-nın İran mətbuatına istinadən məlumatına görə, H. Rəfsəncai fövqəlgüclərin bölgədə müharibəyə başlamaq niyyətini sərt şəkildə tənqid edərək, daxili və xarici təhdidlərlə üzləşmiş Suriya xalqının gələcəyindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, Suriyaya kimyəvi silahlardan istifadə edilməsi bəhanəsi ilə hərbi müdaxiləyə heç bir siyasi haqq qazandırmaq olmaz və bu addım humanizm prinsiplərinə uyğun deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR