Həsən Ruhani: “İran bütün növ kimyəvi silahların istifadəsinin əleyhinədir” - FOTOSESSİYA

Həsən Ruhani: “İran bütün növ kimyəvi silahların istifadəsinin əleyhinədir” - <span style="color: red;">FOTOSESSİYA
# 24 avqust 2013 14:40 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran bütün növ kimyəvi silahların istifadəsinin əleyhinədir. APA-nın «Mehr» agentliyinə istinadən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani İran İslam Respublikasının mənəvi, siyasi lideri və qurucusu, ayətullah Seyid Ruhullah Musəvi Xomeyninin məzarını ziyarəti zamanı jurnalistlərə açıqlamasında bildirib.

H.Ruhani Suriyada kimyəvi silahlardan istifadə edilməsini kəskin şəkildə pislədiyini deyərək, bölgədəki bugünkü vəziyyətdən narahat olduqlarını söyləyib: «İran özü də kimyəvi silahların qurbanı olub. Ona görə də hər yerdə, xüsusilə Suriyada bu cür silahlardan istifadəyə mane olmağa çalışır. Bu baxımdan, dünya ictimaiyyətini də Suriyada kimyəvi silahlardan istifadənin qarşısını almaq üçün səy göstərməyə çağırıram».

İran prezidenti İsrailin bölgədəki mövcud həssas dönəmdə Livana hücum etməsini də kəskin şəkildə pisləyib: «Bu cür hadisələr düşmənlərin Orta Şərq regionu ilə bağlı böyük təxribatlar həyata keçirməyi planlaşdırdıqlarını göstərir. Bölgədəki qeyri-sabitlik İsrailin xeyrinə, müsəlmanların isə əleyhinədir. Ümid edirik ki, bölgə xalqlarının sağlam fikri ilə dinclik və sabitliyin bərqərar olmasına şahid olacağıq».

H.Ruhani həmçinin daha əvvəl xalqa söz verdiyi iqtisadi problemlərin həli məqsədilə 15 gün ərzində iqtisadi maneələri müəyyənləşdirəcəklərini vurğulayıb: «Bununla bağlı sabah bir işçi qrupu yaradacağıq. Dövlət proqramıma iqtisadiyyatın canlandırılması, böyük və kiçik sahibkarlığın inkişaf etdirilməsi ilə yanaşı, sənaye, əkinçilik və xidmət sektorunun, xüsusilə özəl sektorun inkişafına diqqət göstərilməklə onların fəaliyyətləri qarşısında mövcud olan maneələri aradan qaldırmaq üçün yollar axtarılacaq. Eyni zamanda, hökumətin ilk 100 iş günü ərzində gördüyü işlərlə bağlı xalqa daha əvvəl vəd verdiyim hesabatı təqdim edəcəyəm».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR