Həsən Ruhani: “Xarici siyasətdə hansısa səhv addımın əvəzini xalq ödəyəcək”

Həsən Ruhani: “Xarici siyasətdə hansısa səhv addımın əvəzini xalq ödəyəcək”
# 19 avqust 2013 07:06 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İran xalqı seçkilərdə yeni xarici siyasətə səs verib. Bu baxımdan xarici siyasətdə hansısa səhv addımın əvəzini xalq ödəyəcək”.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani deyib.

Onun sözlərinə görə, xarici siyasət kiminsə diqqət yetirmədən danışacağı, mövqe nümayiş etdirəcəyi və ya xarici tərəfə qarşı hər cür sözü söyləyə biləcəyi sahə deyil: “Xarici siyasət arenasında şüarlara və şeirə yer yoxdur, bu sahə olduqca həssas mövzudur. Xarici siyasətdə hər cür səhvdən çəkinməli, ağıllı, diqqətli və məntiqlə hərəkət edilməlidir. Çünki hər bir səhv İranın mənafeyinə zərərinə olacaq. Biz milli mənafeyimizi bəyan etməkdə heç kimdən çəkinməyəcəyik. İran xalqının maraqlarını izləməkdə qafil olmaq yolverilməzdir. İran Xarici İşlər Nazirliyinin səlahiyyətliləri xalqın haqq və hüququnun əmanətçiləridirlər. Ona görə də səhv etdikləri təqdirdə xalqa hesab vermələri lazımdır. Çünki İranda hamının hüquqi ünvanı şərtidir. Bütün ünvanlar konstitusiya çərçivəsində qanun və milli maraqlara riayət etməklə şərtlənirlər”.

H. Ruhani deyib ki, yeni hökumət İranın xarici siyasət qanunlarını dəyişdirməyəcək: “İran xalqı da xarici siyasətin yenidən nəzərdən keçirilməsini istəyir. Ancaq bu da xarici siyasət qanunlarının dəyişməsi demək deyil. Bu sahədə yalnız üsulda, işdə və taktikalarda dəyişiklik ediləcək”.

İran prezidenti Əli Əkbər Salehinin xarici işlər naziri kimi öz vəzifəsinin öhdəsindən layiqincə gəldiyini deyərək, onun yeni hökumətdə İran Atom Enerjisi Təşkilatının rəhbəri postunu icra edəcəyindən məmnun olduğunu vurğulayıb.

Məhəmməd Cavad Zərifin də İranın yeni xarici işlər naziri kimi vəzifəsini layiqincə icra edəcəyinə inandığını deyən H.Ruhani onun xarici siyasət sahəsində böyük təcrübəsi olan bir diplomat olduğunu söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR