Həsən Ruhani İrana qarşı sanksiyaları aradan qaldırmağa çağırıb

Həsən Ruhani İrana qarşı sanksiyaları aradan qaldırmağa çağırıb
# 27 sentyabr 2014 00:15 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın prezidenti Həsən Ruhani Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bəyan edib.

“Sanksiyalar heç vaxt əməli alət olmayıb. İstənilən razılaşma onların ləğvini nəzərdə tutmalıdır”, deyə Ruhani bildirib. Onun sözlərinə görə, sanksiyalar Tehranı nüvə proqramından əl çəkməyə məcbur edə bilməz.

İranın nüvə problemi ilə əlaqədar “altılıq” ölkələri ilə dialoqa toxunan Ruhani bildirib ki, danışıqlarda cüzi irəliləyiş olub: “Prosesi sürətləndirmək lazımdır, vaxtımız çox məhduddur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR