Hillari Klinton Yaxın Şərqə gedir

Hillari Klinton Yaxın Şərqə gedir
# 20 noyabr 2012 10:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ dövlət katibi Hillari Klinton İsrail və HƏMAS arasındakı müharibədə atəşkəs rejiminin həyata keçirilməsi tədbirlərinə qoşulmaq üçün Yaxın Şərqə gedir.

APA-nın məlumatına görə, ABŞ prezidenti Barak Obamanı Cənub-Şərqi Asiya səfərində müşayiət edən dövlət katibi bu gün Kambocada səfərini dayandırıb.

O, Yerusəlimdə İsrailin baş naziri Benyamin Netanyahu, Qahirədə Fələstin rəsmiləri və Misir liderləri ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR