Hindistanda baş vermiş zəlzələ nəticəsində 17 nəfər ölüb

Hindistanda baş vermiş zəlzələ nəticəsində 17 nəfər ölüb
# 12 may 2015 23:42 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, son məlumata görə, zəlzələ nəticəsində Hindistanda ölənlərin sayı 17 nəfərə çatıb.

Hindistan DİN-nin nümayəndəsi K.Dxatvaliyanın bildirdiyinə görə, təbii fəlakət nəticəsində ölkənin Bihar ştatında 16, Uttar Pradeş ştatında isə bir nəfər ölüb. Zəlzələ nəticəsində 39 nəfərin xəsarət aldığı bildirilir.

Ötən gün Nepalda baş vermiş yeraltı təkanların gücü 7,3 bal təşkil edib.

Zəlzələnin episentri paytaxt Katmandudan 83 km şərqdə 18,5 km dərinlikdə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR