Hindistanda cadugərlikdə ittiham olunan 5 qadın izdiham tərəfindən qətlə yetirilib

Hindistanda cadugərlikdə ittiham olunan 5 qadın izdiham tərəfindən qətlə yetirilib
# 08 avqust 2015 22:29 (UTC +04:00)

Bakı-APA. Hindistanın Carkhand ştatında yerləşən kəndlərin birində əhali cadugərlikdə ittiham olunan 5 qadını qətlə yetirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, gecə saatlarında əsasən gənclərdən ibarət izdiham cadugərlikdə ittiham olunan 5 qadını zorla yaşadıqları evlərindən çölə çıxararaq döyüb qətlə yetiriblər.

Polisin məlumatına görə, hadisə ilə əlaqədar 50 yerli sakin saxlanılıb.

Qeyd edək ki, bu tip cinayətlər Hindistanda tez-tez baş verir. Rəsmi məlumata görə, 2000-2012-ci illər ərzində 2 mindən çox analoji qətl faktları qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR