İran “Oskar” alan “Arqo əməliyyatı” filmi ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır

İran “Oskar” alan “Arqo əməliyyatı” filmi ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır
# 12 mart 2013 14:10 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. İran 2012-ci ilin ən yaxşı filmi kimi “Oskar” alan “Arqo əməliyyatı” filmi ilə bağlı məhkəməyə müraciət etmək fikrindədir. APA-nın “FoxNews”a istinadən verdiyi məlumata görə, İran hakim dairələri filmin ölkənin obrazını təhrif etdiyini düşünür. Məhkəməyə müraciət qərarı martın 11-də axşam bir qrup iranlı dövlət məmuru və kino tənqidçisinin qapalı məkanda filmə tamaşa etməsindən sonra qəbul edilib.

Fransalı vəkil İzabel Kutan-Peyr Tehrana gedib və bu işi öz üzərinə götürmək niyyətindədir. O, vaxtilə “Çaqqal Karlos” ləqəbi ilə məşhur olan venesuelalı terrorçu İliç Ramires Sançesə vəkillik edib.

Qeyd edək ki, “Arqo əməliyyatı” filmində 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin iranlılar tərəfindən ələ keçirilməsindən sonra girov götürülmüş 6 amerikalının qaçışından bəhs olunur.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR