İran Ali Audit Məhkəməsi Əhmədinejad hökumətində 9,2 milyard dollarlıq qanunsuz xərcləmələr üzə çıxarıb

İran Ali Audit Məhkəməsi Əhmədinejad hökumətində 9,2 milyard dollarlıq qanunsuz xərcləmələr üzə çıxarıb
# 27 iyun 2013 08:35 (UTC +04:00)

APA-nın “Oyannews”a istinadən məlumatına görə, İran Ali Audit Məhkəməsi dövlət büdcəsində yoxlamalar apararkən ölkəyə daxil olmuş xarici valyuta mənfəətindən qanunsuz yerə istifadə edilməsi faktını tapıb.

Xəbərdə qeyri-qanuni xərcləmələrdən bir neçəsi qeyd edilib. Belə ki, M. Əhmədinejad hökuməti evlər tikilməsi üçün səhiyyə sektoruna ayrılan vəsaitdən 800 milyon tümən qanunsuz olaraq ayırıb. Bundan əlavə, 15 milyard tümən də müqəddəs ziyarətgahların tikintisinə və restavrasiyasına qeyri-qanuni xərclənib.

Bundan əvvəl də İran Ali Audit Məhkəməsi 2011-ci ilin dövlət büdcəsində baş vermiş qanunsuzluqlara görə 2000 cinayət işi açıldığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR