İran internetə yeni senzura tətbiq edib

İran internetə yeni senzura tətbiq edib
# 13 mart 2013 14:32 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran internetə yeni senzura tətbiq edib. APA-nın məlumatına görə, yeni qadağalar ölkədə “Gmail” və “Yahoo” kimi elektron poçt xidmətlərinə girişi əngəlləyib.

Hökumət tərəfindən filter tətbiq edilmiş internet saytlarına daxil olmaq üçün istifadə olunan VPN-lərə (virtual private networks - virtual xüsusi networkler) də blok qoyulub. Son bir həftə içərisində İranın müvafiq orqanları hüquqa zidd saydıqları VPN-lərdən istifadəyə maneçilik törətməyə başlayıb. İran parlamentinin İnformasiya və xəbərləşmə texnologiyaları komissiyasının rəhbəri Ramazanəli Sübhani Fərd “Mehr” xəbər agentliyinə deyib ki, bundan sonra yalnız qanuna zidd olmayan və məlum VPN-lər istifadə edilə bilər.

Qeyd edək ki, İranda VPN-lərin bağlanması ilə “Google”, “Facebook” kimi saytlara giriş məhdudlaşdırılır. Eyni zamanda “Gmail” və “Yahoo Mail” kimi elektron poçt sistemindən də istifadə etmək olmur. İranda VPN-lərdən əlavə “Skype”, “Viber” kimi telefon xidmətlərinin də bağlanıldığı bildirilir. Qadağaların bu il iyunun 14-də keçiriləcək prezident seçkiləri ilə bağlı olduğu ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR