İran narkotrafiklə mübarizədə pilotsuz təyyarələrdən istifadə edəcək

İran narkotrafiklə mübarizədə pilotsuz təyyarələrdən istifadə edəcək
# 16 mart 2013 13:14 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda narkotik maddələrin tranziti üçün istifadə edilən yolların nəzarətdə saxlanılması və dövlətə qarşı hər hansı bir fəaliyyətin qarşısını almaq üçün pilotsuz təyyarələrdən istifadə ediləcək. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın sərhəd qoşunları komandanı Hüseyn Zülfiqari açıqlama verib.

O bildirib ki, İranın quru və dəniz sərhəd məntəqələrində narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mafioz dəstələrinin qarşısını almaq üçün ölkənin sərhəd hüdudları pilotsuz təyyarələr tərəfindən izlənilir: «İranın Cənub və Qərb sərhədlərində pilotsuz təyyarələrin istifadəyə verilməsi üçün lazımi hazırlıq işləri aparılır. İşlər tamamlandıqdan sonra ölkənin Cənub və Qərb sərhədləri pilotsuz təyyarələr vasitəsi ilə izləniləcək».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR