İran Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçirilib

İran Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçirilib
# 19 avqust 2013 06:59 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən məlumatına görə, İran prezidenti Həsən Ruhani yığıncaqda çıxış edərək bildirib ki, mövcud dövrdə ölkədə bir çox problem və çətinliklər var: “Yeni hökumət bu problemlərin həlli istiqamətində hərəkət edəcək. Hökumət ölkənin inkişafı və xalqın həyat şərtlərinin yaxşılaşdırılması üçün xidmətə hazırdır. Biz bunun üçün hər cür fədakarlığı göstərəcəyik. Xalqın iqtisadi vəziyyəti yaxşılaşmazsa, cəmiyyətdə əxlaq, mənəviyyat, doğru əlaqə və iman təməli çökəcək. İran İslam Respublikası bütün İran xalqına aiddir. İran xalqı hər zaman müxtəlif sahələrdə işləri asanlaşdırmaqda ən yaxşı rol ifa edib”.

İran prezidenti nazir postları üçün təklif etdiyi şəxslərin səlahiyyətlərini araşdıran parlament üzvlərinin qanunlar çərçivəsində hərəkət etdiyini və hökumətin onların fikirlərinə hörmət göstərdiyini deyib.

Sonda İran Prezident Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndiyan yeni hökumətin etika manifestini oxuyub, yeni nazirlər də bu etik qaydalara bağlı qalacaqlarına dair “Quran- Kərim”ə and içiblər.

Bu arada Həsən Ruhani Əli Əsgər Fanini müvəqqəti olaraq məktəbəqədər təhsil, təlim və tərbiyə naziri vəzifəsinə təyin edib. İran prezidenti bu posta irəli sürdüyü, ancaq ölkə parlamentinin etimadını qazanmayan Məhəmməd Əli Nəcəfini isə özünə müavin, həmçinin İran Turizm, Əl İşləri və Mədəni Miras Təşkilatının rəhbəri vəzifəsinə təyin edib. Eyni zamanda İran prezidenti nazir postu üçün ölkə parlamentinin etimad göstərmədiyi şəxslərin əvəzinə, müvəqqəti olaraq Cəfər Tofiqi Daryanı elm, tədqiqat və texnologiya naziri, Seyid Rza Salehi Əmirini isə gənclər və idman naziri vəzifəsinə təyin edib. İran parlamenti həmin nazir postlarını tutacaq şəxsləri təklif etmək üçün prezidentə üç ay vaxt verib. İranın islahatçı qüvvələrinə yaxın xəbər saytları isə H. Ruhaninin H. Rəfsəncaninin qızı Faizə Haşimini gənclər və idman naziri, Məsumə Ebtekarı isə elm, tədqiqat və texnologiya naziri vəzifəsinə irəli sürmək niyyətində olduğunu yazıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR