İran parlamentinin sədri AEBA və “altılıq” ölkələrinə xəbərdarlıq edib

İran parlamentinin sədri AEBA və “altılıq” ölkələrinə xəbərdarlıq edib
# 11 mart 2013 10:37 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran parlamentinin sədri Əli Laricani Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) və “altılıq” ölkələrinə ikili standartlardan çıxış etdiklərinə görə xəbərdarlıq edib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Ə.Laricani fevralın 26-27-də Almatı (Qazaxıstan) şəhərində İranla “altılıq” ölkələrində keçirilmiş nüvə müzakirələrindən sonra bəzi Qərb ölkələrinin rəsmilərinin və AEBA nümayəndələrinin hərəkətləri və sözlərinin dialoq istiqamətində maneçilik kimi qiymətləndirib: “Qərb ölkələrinin İranın əməkdaşlığa əsaslanan mövqeyindən sui-istifadə etməsi və bəhanə ardınca qaçması rəsmi Tehranın bu mövzuda öz mövqeyini yenidən nəzərdən keçirməsinə səbəb ola bilər. İran dəfələrlə nüvə enerjisindən dinc məqsədlə yararlanmaq və Nüvə silahlarının istehsalının və yayılmasının qarşısının alınması andlaşması (NPT) çərçivəsində AEBA ilə əməkdaşlığını davam etdirmək istədiyini bəyan edib. Artıq dəyənək siyasəti çürümüş bir siyasətdir. İran Amerikaya yeni avantüra üçün zaman əldə etməyə icazə verməyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR