İran prezidenti: “İki ölkənin yaxşı əlaqələrə malik olmasını istəməyən qüvvələr var” - FOTOSESSİYA

İran prezidenti: “İki ölkənin yaxşı əlaqələrə malik olmasını istəməyən qüvvələr var”  - <span style="color: red;">FOTOSESSİYA
# 19 may 2013 00:39 (UTC +04:00)

APA-nın İran prezidentinin rəsmi saytına istinadən məlumatına görə, səfərdə Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun üzvləri də iştirak edir. Mayın 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İran prezidenti Mahmud Əhmədinejad tərəfindən qəbul edilib.

İran prezidenti bildirib ki, iki ölkə arasında əlaqələr dostluq, din və məhəbbətə söykənir və bu münasibətlər digər dövlətlərlə müqayisədə fərqlidir: “İran və Azərbaycan iki qonşu dövlət və xalqdırlar və bir-birilə qardaşdırlar. İran İslam Respublikasını Azərbaycanın inkişafı və istiqlaliyyəti sevindirir və arzu edirik ki, bu ölkə bundan da artıq nailiyyətlər əldə etsin”.

M.Əhmədinejad deyib ki, iki ölkə həmişə bir-birinə dəstək olub və Allahın köməyi ilə gələcəkdə də belə olacaq: “İki ölkənin yaxşı əlaqələrə malik olmasını istəməyən qüvvələr var. Onlar həmişə lazımsız məsələlərdən istifadə etməklə iki ölkənin əlaqələrinə xələl vurmağa çalışırlar. Ancaq hər iki ölkənin rəsmilərinin iradəsi nəticəsində həmin qüvvələr öz pis niyyətlərinə nail ola bilməyiblər. İran ümid edir ki, bu ölkə inkişaf edəcək və pis niyyətlərdən və təxribatlardan qorunacaq. Bizim borcumuz bu gün iki ölkə arasındakı əməkdaşlığı möhkəmləndirməkdir. Ona görə də pis niyyətlərə icazə verməyəcəyik”.

QMİ sədri isə öz növbəsində Azərbaycan prezidenti İlham Əliyevin salamlarını İran prezidentinə çatdıraraq vurğulayıb ki, Azərbaycan İranla həmişə dostluq və qardaşlıq münasibətləri qurmaqda maraqlıdır: “Sizin Azərbaycana səfəriniz zamanı və dəvətinizdən sonra azərbaycanlı alimlər və ağsaqqallar İrana səfər ediblər. Ümid edirəm ki, bu cür səfərlər iki ölkə arasında əlaqələrin genişlənməsində daha da təsirli olsun və dostluq və qardaşlıq münasibətlərini genişləndirəcək”.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə bildirib ki, mərhum prezident Heydər Əliyev həmişə iki ölkə arasında əlaqələrin və əməkdaşlığın yüksək səviyyədə olmasını istəyirdi: “Biz bu gün onun göstərişlərini yerinə yetiririk və İranla münasibətlərin daha da yaxşılaşmasını istəyirik. İran İslam Respublikası həmişə Azərbaycana dəstək olub. Bizim dövlətimiz və xalqımızın İran dövlətinə və xalqına böyük hörməti var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR