İran prezidenti Türkiyənin xarici işlər naziri ilə görüşüb

İran prezidenti Türkiyənin xarici işlər naziri ilə görüşüb
# 05 avqust 2013 07:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın prezidenti Həsən Ruhani ilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, regionda baş verən hadisələr və qlobal məsələlər əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, Ə. Davudoğlu İranın yeni prezidenti H. Ruhaninin avqustun 4-də ölkə parlamentində keçirilmiş andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR