İran prezidentinin rəsmi hədiyyələri auksionda 200 min funt sterlinqə satılıb

İran prezidentinin rəsmi hədiyyələri auksionda 200 min funt sterlinqə satılıb
# 14 mart 2013 14:56 (UTC +04:00)

APA-nın “The Daily Telegraph”a istinadən verdiyi məlumata görə, prezidentin kolleksiyası auksionda 200 min funt sterlinqə satılıb.

Tehranda keçirilən hərraca prezidentə hədiyyə edilən daş-qaşlar, mirvari, bahalı saat markaları və s. çıxarılıb.

Kolleksiyada Pakistan prezidenti tərəfindən hədiyyə edilən brilyant qaşlı boyunbağı da olub.

İranın Xeyriyyə Təşkilatının rəhbəri Hüseyn Bədəşxan bildirib ki, satışdan əldə edilən vəsait müharibə veteranları üçün yaşayış binalarının tikintisinə və tənha analara yardım üçün sərf ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR