İran prezidentliyinə keçmiş namizəd Məhəmmədbağır Qalibaf Tehranın meri vəzifəsində qalır

İran prezidentliyinə keçmiş namizəd Məhəmmədbağır Qalibaf Tehranın meri vəzifəsində qalır
# 19 avqust 2013 06:58 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Tehran Şəhər Bələdiyyə Şurası üzvlərinin Məhəmmədbağır Qalibafın Tehran Şəhər Bələdiyyəsinin sədri seçilməsi məsələsində razılığa gəldikləri bildirilir. Bundan əlavə, Mehdi Çamranın Tehran Şəhər Bələdiyyə Şurasının sədri seçilməsi məsələsində razılıq əldə olunduğu qeyd edilir. Eyni zamanda M.Qalibafın Tehran şəhərinin meri seçilməsi lazım olan 19 səsi aldığı, məsələnin yeni seçilən şura üzvlərinin ilk yığıncağında həllini tapacağı vurğulanır.

Qeyd edək ki, 51 yaşlı Məhəmmədbağır Qalibaf “Ədalət və İnkişaf” və ya “2+1” seçki koalisiyasından prezident seçkilərində iştirak edib. Ancaq iyunun 14-də keçirilmiş seçkilərdə 6 milyon 77 min 292 səs toplayaraq ikinci olub. M.Qalibaf 2005-ci ildə keçirilmiş prezident seçkilərində də iştirak etməsinə baxmayaraq, kifayət qədər səs qazana bilməmişdi. Tehran Universitetinin “Siyasi coğrafiya” fakültəsində doktorantura təhsili alan M.Qalibaf İran Nizam-İntizam Qüvvələrinin, eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandanlarındandır. O, 2005-ci il sentyabrın 4-də Tehran Şəhər Bələdiyyəsinin sədri seçilib. 2007-ci ilin sentyabrında yenidən 4 il müddətinə bu vəzifəsində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR