İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini: “Hazırda ABŞ və İsrailin bölgədə hər bir addımı İranın nəzarəti altındadır”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini: “Hazırda ABŞ və İsrailin bölgədə hər bir addımı İranın nəzarəti altındadır”
# 22 avqust 2013 07:37 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “Hazırda ABŞ və İsrailin bölgədə hər bir addımı İranın nəzarəti altındadır və tamamilə bambaşqa bir vəziyyət hakimdir”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Məsud Cəzayiri bildirib.

Onun sözlərinə görə, ABŞ İranda və bölgədə baş verən prosesləri düzgün şəkildə qiymətləndirməyə qadir deyil: “Nə nüvə müzakirələri, nə də başqa bir bəhanə İranın ümumi siyasətinə təsir göstərməyəcək. Bəzi amerikalı siyasətçilər hələ də İrana hərbi təzyiqdən danışır və bunun təsirli ola biləcəyini zənn edirlər. Amerikalıların strateji səhvi “kök çubuq” siyasətini doğru qəbul etməmələridir. Ancaq bu cür təhdidlər iranlı siyasətçilərə təsir göstərə bilməz”.

M. Cəzayiri deyib ki, ABŞ rəsmiləri İranla birbaşa müzakirə aparmaq və əlaqə qurmaq məsələsini gündəmə gətirməklə ikiüzlü davranır: “ABŞ bu cür komik siyasi, iqtisadi oyunlar və ya hərbi animasiya ssenariləri ilə deyil, İran xalqından üzr istəyərək və düşmənçiliklərini bir kənara qoyaraq bizimlə yaxınlaşa bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR