İran və Suriyanın müdafiə nazirləri arasında telefon danışığı olub

İran və Suriyanın müdafiə nazirləri arasında telefon danışığı olub
# 30 avqust 2013 09:24 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, telefon söhbətində Suriya ilə bağlı son günlər yaşanan proseslər əsas müzakirə mövzusu olub.

İranın müdafiə naziri, general-mayor Hüseyn Dehqan bildirib ki, yüksək diqqət və həssaslıqla bölgədəki və Suriyadakı prosesləri izləyir. Onun sözlərinə görə, Suriya böhranının həlli üçün siyasi və dinc üsullardan yararlanmaq lazımdır: “Güc tətbiq edilməsi gərginliyi aradan qaldırmaq əvəzinə, əhatə dairəsini daha da genişləndirəcək”.

H. Dehqan bölgədə müharibə başladan tərəfin əsl itirən tərəf olacağını da söyləyib.

Suriyanın müdafiə naziri, general-leytenant Fahad Fəric isə öz növbəsində Suriya ordusu tərəfindən kimyəvi silahlardan istifadə edildiyinə dair Qərb rəsmilərinin iddialarını rədd edib. Onun sözlərinə görə, müxalif qüvvələr bölgə daxilindəki və xaricindəki himayədarlarının daha çox dəstəyini qazanmaq üçün kimyəvi silahlarla Suriya xalqını qırıblar və beləcə dünya ictimaiyyətini aldıqları məğlubiyyətdən yayındırmağa çalışıblar.

F. Fəric Suriya xalqı və ordusunun hər cür xarici müdaxiləyə hazırlıqlı olduğunu da vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR