İran XİN-in sözçüsü: “Türkiyə səfirini çağırıb, ona öz etirazımızı bildirmişik”

İran XİN-in sözçüsü: “Türkiyə səfirini çağırıb, ona öz etirazımızı bildirmişik”
# 19 dekabr 2016 11:26 (UTC +04:00)

“Rusiya və Türkiyə xarici işlər nazirlərinin sabah Moskvada keçiriləcək görüşü İranın təşəbbüsü ilə baş tutur”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, görüş Hələbdəki həssas durumla əlaqədar təşkil olunur: “Astanada Rusiya, Türkiyə və Suriya müxalifləri arasında keçiriləcək görüş ayrı məsələdir və Moskvada keçiriləcək üçtərəfli görüşə heç bir aidiyyəti yoxdur”.

B. Qasimi Türkiyə və digər ölkələrdə İran səfirlikləri qarşısında keçirilən etiraz aksiyalarına toxunaraq qeyd edib ki, İstanbul və Ankarada keçirilən aksiyalar qeyri-ənənəvi və düşünülməmiş addım idi: “Belə hallarda polis səfirlik və konsulluq rəsmilərinə xəbərdarlıq etməlidir. Əlbəttə, səfirliyə heç bir ziyan dəyməyib. Biz Türkiyə səfirini çağırıb, ona öz etirazımızı bildirmişik. Düşünürəm ki, bu mitinqlər bəzi xüsusi qruplar və partiyalar tərəfindən məqsədli şəkildə keçirilib. Onlar çalışırdılar ki, bu mitinqləri digər ölkələrə də yaysınlar, amma haradan dəstəkləndiklərini biz bilirik və məlumatlıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR