İran XİN: İranın nüvə proqramı ilə bağlı keçirilən danışıqlarda hələlik irəliləyiş yoxdur

İran XİN: İranın nüvə proqramı ilə bağlı keçirilən danışıqlarda hələlik irəliləyiş yoxdur
# 13 avqust 2013 09:04 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İranın nüvə proqramı ilə bağlı 5+1 formatında keçirilən danışıqlarda hələlik heç bir irəliləyiş yoxdur. APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlər üçün keçirilən həftəlik brifinqdə İran Xarici İşlər Nazirliyin mətbuat katibi Seyid Abbas Əraqçı bildirib.

Bunun səbəbi kimi o, İranın yeni hökumətinin hələ formalaşmamasını göstərib: “Yeni hökumət hələ formalaşmayıb və öz işini icra etməyə başlamayıb. Üstəlik, prezident Həsən Ruhani danışıqlarda yeni nümayəndəsinin namizədliyi barədə düşünməyib. Ona görə də hələlik bu məsələdə heç bir irəliləyiş yoxdur”.

İranın nüvə proqramından danışan S.A.Əraqçı bildirib ki, bununla bağlı Rusiya ilə danışıqlar davam edəcək və ölkədə yeni atom elektrik stansiyaları tikiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR