İran Yəmənə yollanan gəmiyə hücum olunacağı təqdirdə hərbi əməliyyata başlayacağını bəyan edib

İran Yəmənə yollanan gəmiyə hücum olunacağı təqdirdə hərbi əməliyyata başlayacağını bəyan edib
# 13 may 2015 02:58 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu cür xəbərdarlıq ötən gün İran Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini briqada generalı Məsud Cəzayeri tərəfindən səsləndirilib.

“İranın Qızıl Xaç cəmiyyətinin Yəmən üçün nəzərdə tutulmuş humanitar yardımını aparan gəmiyə hücum bölgədə müharibəyə səbəb olacaq”, deyə Məsud Cəzayeri bildirib. Onun sözlərinə görə, bunun baş verəcəyi təqdirdə “müharibə alovunu söndürmək və ya nəzarətə almaq artıq mümkün olmayacaq”.

“ABŞ və Səudiyyə Ərəbistanı anlamalıdır ki İranın təmkinliyi hədsiz deyil”, deyə general əlavə edib.

Göyərtəsində humanitar yardım yükü və müxtəlif ölkələrdən həkimlərin və mülki mütəxəssislərin olduğu gəmi ötən gün İranın Fars körfəzindəki Bəndər Abbas limanından Yəmənin Qırmızı dənizdəki Xodeyda limanına yola düşüb.

Səudiyyə Ərəbistanı yükə baxış keçirmək niyyətində olduğunu bildirəndən sonra gəmi İranın hərbi gəmilərinin müşayiəti ilə hərəkətini davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR