İranda 1 nəfər edam edilib

İranda 1 nəfər edam edilib
# 01 mart 2013 01:42 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Simnan şəhərində 1 nəfər edam edilib. APA-nın məlumatına görə, adları açıqlanmayan məhbus narkotik qaçaqmalçılığında günahlandırılıb. Üzərində 163 kiloqram krak maddəsi ilə tutulan məhbus barəsində Simnan İnqilab Məhkəməsi ölüm hökmü çıxarıb. Məhbus bağışlanması üçün iki dəfə müraciət etsə də, istəyi rədd edilib. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 28-də səhər saatlarında Simnan mərkəzi həbsxanasında icra edilib.

Bundan əlavə, Gürgan şəhərinin həbsxanalarında 90 nəfər edam olunacaqları günü gözləyir. İSNA-nın məlumatına görə, məhbusların ölüm hökmünün icra edilməsinə icazə verilməsi üçün müvafiq orqanlara məktub göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR