İranda 2 nəfər edam edilib

İranda 2 nəfər edam edilib
# 22 avqust 2013 23:54 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranda 2 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslardan biri Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində əhalinin gözü qarşısında dar ağacından asılıb. Məhbus 6 yaşlı bir qızı qətlə yetirməkdə ittiham edilib. Ötən il həbs edilmiş məhbus barəsində çıxarılmış ölüm hökmü avqustun 21-də səhər saatlarında icra olunub.


Digər məhbus isə Xuzistan vilayətinin Həndican (Həndivan) şəhərində dara çəkilib. Məhbus narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb. Məhbus 2009-cü ildə üzərində 5 kiloqram 50 qram krak maddəsi ilə tutulub və edam cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiqləndikdən sonra avqustun 22-də səhər saatlarında icra edilib.


Hər iki məhbusun adı və soyadı açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR