İranda 2 nəfər edam edilib, Ərdəbildə 40 nəfərə ölüm hökmü çıxarılıb

İranda 2 nəfər edam edilib, Ərdəbildə 40 nəfərə ölüm hökmü çıxarılıb
# 13 noyabr 2012 00:42 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Neyris və Ərdəbil şəhərlərinin hər birində 1 nəfər edam edilib.

APA-nın məlumatına görə, hər iki məhbus narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilib. Neyris İnqilab Məhkəməsinin ölüm hökmü çıxardığı şəxsin avtomobilindən 5 kq tiryək, 4.7 kq heroin götürülüb. Edam qərarı Neyrisdə əhalinin gözü qarşısında icra edilib. Ərdəbil şəhərində edam edilən məhbusun üzərindən isə 322 qram heroin götürülüb. Yerli məhkəmənin çıxardığı ölüm hökmü Ərdəbil vilayətinin mərkəzi məhkəməsi tərəfindən təsdiq ediləndən sonra həbsxanada həyata keçirilib.

Mərkəzi məhkəmənin sədri Qulaməli Rzayi verdiyi açıqlamasında bildirib ki, Ərdəbildə narkotik qaçaqmalçılığında təqsirləndirilən, ölüm cəzasına məhkum edilən daha 40 nəfər də var və onların da edam qərarları yaxın günlərdə icra ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR