İranda 5 azərbaycanlı fəal azadlığa buraxılıb

İranda 5 azərbaycanlı fəal azadlığa buraxılıb
# 13 mart 2013 00:21 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda 5 azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Salar Turi, Məhəmməd Əmiri, Məhəmməd Xətibi, Əli Sirnak və Adil (Nəcəf) Xəndan martın 12-də axşam saatlarında 100 milyon tümən zəmanətlə sərbəst buraxılıb.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (“Ettelaat”) 40-dan çox əməkdaşı fevralın 24-də axşam saatlarında Təbriz şəhərindəki Qolşəhr məhəlləsində yerləşən “Yanar” çay evinə basqın edərək 45 nəfəri saxlayıb. Azərbaycanlı fəallardan 40 nəfəri sorğu-sual edildikdən və bir gün “Ettelaat”ın Təbrizdəki təcridxanasında saxlanıldıqdan sonra fevralın 25-də səhər saatlarında azadlığa buraxılıb. Ancaq digər 5 azərbaycanlı fəal iki gün təcridxanada saxlanıldıqdan sonra fevralın 26-da axşam saatlarında zəmanətlə sərbəst buraxılıb. Lakin Təbriz Məhkəməsinin 19-cu şöbəsində keçirilən məhkəmə prosesində hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılan azərbaycanlı fəallar barəsində həbs-qətimkan tədbiri seçilərək Təbriz həbsxanasına göndərilib.

Martın 7-də onların məhkəmə prosesi keçirilib. Təbriz Məhkəməsinin 19-cu şöbəsinin hakimi azərbaycanlı fəalların azadlığa buraxılması üçün 100 milyon tümən dəyərində mülk girovu təyin edib. Lakin iş vatxı bitdiyinə görə hökmün icrası martın 9-na qalıb. Ancaq qərar naməlum səbəblərdən martın 12-də icra edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR