İranda 6 azərbaycanlı fəal cərimələnib

İranda 6 azərbaycanlı fəal cərimələnib
# 29 avqust 2013 17:33 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda 6 azərbaycanlı fəal barəsində hökm oxunub. APA-nın “Oyannews”a istinadən məlumatına görə, qərara əsasən, Mənsur Seyfi, İlqar Müəzzinzadə, Aydın Zakiri, Cəfər Ağaməhəmmədi, Fərdin Nobəxt və İbrahim Əttarzadə 10 milyon pul cəriməsi ödəməlidirlər.

Qeyd edək ki, azərbaycanlı fəallar İranın eks-prezidenti Məhəmməd Xatəmini təhqir etməkdə günahlandırılaraq 2009-cu ilin may ayında Meşkinşəhrdə (Xiyov) həbs ediliblər. Xiyov İnqilab Məhkəməsinin birinci şöbəsi onları müxalif qrupların xeyrinə təbliğat aparmaqda ittiham edərək hər birinə 9 ay həbs cəzası vermişdi. Ancaq azərbaycanlı fəallar bu qərarla razılaşmayaraq apelyasiya şikayəti vermişdilər.

Ərdəbil vilayətinin Apelyasiya Məhkəməsinin üçüncü şöbəsi də işə yenidən baxaraq həbs cəzasını cərimə ilə əvəzləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR