İranda aviabiletlərin qiyməti iki dəfə artırıla bilər

İranda aviabiletlərin qiyməti iki dəfə artırıla bilər
# 01 mart 2013 02:13 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda aviabiletlərin qiyməti iki dəfə artırıla bilər. APA-nın İLNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Hava Yolları Assosiasiyasının sədri Seyid Əbdülrza Musəvi bildirib. Onun sözlərinə görə, bununla bağlı müvafiq qurumlara təkliflərini təqdim ediblər: “Hazırda təklifimiz araşdırılır. İranda biletlərin qiyməti 50% bahalaşsa da, bu, aviaşirkətlərə öz xərclərini ödəmək üçün kifayət deyil. Çünki hər bir saatlıq uçuş aviaşirkətlərə 20 dollara başa gəlir. Ona görə də aviaşirkətlərin maddi zərərə uğramaması üçün hökumət ya subsidiyalar ayırmalı, ya da qiymətləri tənzimləməlidir. Əks təqdirdə aviaşirkətlərin xərclərinin ödənilməsi üçün biletlərin qiyməti 100% artırılmalıdır”.

Qeyd edək ki, İranda 2012-ci il noyabrın 6-dan etibarən aviabiletlərin qiyməti 65% artıb. Buna səbəb aviaşirkətlərin valyuta xərclərini ödəyə bilməməsi olub. Həmin vaxt da aviabiletlərin qiymətinin 75% artırılması istənilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR