İranda azərbaycanlı fəal sərbəst buraxılıb

İranda azərbaycanlı fəal sərbəst buraxılıb
# 31 avqust 2013 01:32 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda azərbaycanlı fəal sərbəst buraxılıb. APA-nın “Güneytürk” xəbər saytına istinadən verdiyi məlumata görə, Babək Əzimi məhkəməyədək müvəqqəti olaraq azadlığa çıxıb.

Qeyd edək ki, azərbaycanlı fəal “Facebook” sosial şəbəkəsindəki fəaliyyətinə görə avqustun 24-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) mülki geyimli əməkdaşları tərəfindən Təbriz bazarında iş yerində tutulub. ETTELAAT əməkdaşlarının B. Əziminin iş yerində axtarış apardıqları, ona məxsus kompüter və bir şıra şəxsi əşyaları müsadirə etdikləri bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR