İranda daha bir neçə “islahatçı” siyasi fəal həbs edilib

İranda daha bir neçə “islahatçı” siyasi fəal həbs edilib
# 03 iyun 2013 11:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Kohkouliyə və Boyur Əhməd vilayətində kütləvi həbslər həyata keçirilib.

APA-nın “Cərəs” saytına istinadən məlumatına görə, iyunun 2-də səhər saatlarında ölkədə fəaliyyətinə qadağa qoyulmuş İran Müşarikət Cəbhəsinin Kohkouliyə və Boyur Əhməd vilayəti üzrə nümayəndəsi Seyid Rza Əsgəri həbs edilib.

Eyni zamanda siyasi fəallar Qasım Yəzdani və Seyid Əsgər İrfanizadənin tutulduğu bildirilir. Bundan əlavə, İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin Kohkouliyə və Boyur Əhməd vilayəti üzrə seçki qərargahının rəhbəri, həmçinin ölkədə fəaliyyəti qadağan edilmiş İslam İnqilabı Mücahidlər Təşkilatının sədri Seyid Ziyaəddin Tofiqi, eləcə də H.Rəfsəncaninin Kohkouliyə və Boyur Əhməd vilayəti üzrə seçki qərargahının üç üzvü də tutulub.

Xəbərdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin onların evlərində axtarış apardıqları, siyasi fəallara məxsus əlyazmaları, kompüterləri müsadirə etdikləri vurğulanır. Həbs edilənlərin ölkənin islahatçılar düşərgəsinə mənsub olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR