İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
# 19 iyun 2013 00:54 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Bu il iyunun 1-dən etibarən həbs müddətinin 2010-cu il aprel ayından deyil, 2011-ci il iyunun 13-dən hesablanmasına etiraz olaraq aclıq aksiyası keçirən tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, bu günlərdə İran Məhkəmə Sisteminin sədri, ayətullah Sadiq Amoli Laricaniyə məktub yazan Fərdin Muradpurun səhhətində ciddi problemlər yaranıb və azərbaycanlı fəal həbsxananın klinikasına qaldırılıb. F.Muradpur 2013-cü il iyunun 18-də Təbriz mərkəzi həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, F. Muradpur 2009-cu il mayın 22-də Təbrizin Elgölü parkında həbs edilib. Hakimiyyətin əleyhinə təbliğat aparmaq və ictimai asayişi pozmaqda günahlandırılan azərbaycanlı fəal 6 il həbs cəzasına məhkum edilib. Azərbaycanlı faəl 2009-cu ildə may hadisələrinin ildönümündə polisin açdığı iki gülləyə tuş gəlib. Ağır yaralanan F. Muradpur 13 gün xəstəxanada müalicə alıb və tam sağalmamış gecə saatlarında həbsxanaya aparılıb. Azərbaycanlı fəal uzun müddət təkadamlıq kamerada saxlanılıb, ağır işgəncələrə məruz qalıb, aclıq aksiyası keçirib və səhhətində ciddi problemlər yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR