İranda Xalidə Xalidə görə həbs edilmiş azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb

İranda Xalidə Xalidə görə həbs edilmiş azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb
# 05 avqust 2013 07:09 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas araşdırmaçı Xalidə Xalidlə əlaqəyə görə həbs edilmiş azərbaycanlı fəal azadlığa çıxıb.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, tanınmış azərbaycanlı fəal, yazar və şair İlqar Müəzzinzadə 150 milyon tümən zəmanətlə 84 günlük həbs həyatından sonra Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, bu il mayın 8-də həbs edilmiş azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi tərəfindən 27 ay azadlıqdan məhrum edilib. Belə ki, İ.Müəzzinzadəyə milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərmək ittihamına görə 2 il, hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə isə 91 gün həbs cəzası verilib. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi azərbaycanlı fəalı X.Xalidlə əlaqə qurduğuna, Azərbaycan türkcəsində ədəbiyyatlar yayan “Üçlük” ədəbi saytını işlətdiyinə görə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təqdimatı ilə bu şəkildə cəzalandırıb. Bundan əvvəl İ.Müəzzinzadə 2009-cu il mayın 31-də həbs edilib və iki aylıq istintaq prosesindən sonra azadlığa buraxılıb. Daha sonra Meşkinşəhr (Xiyav) İnqilab Məhkəməsi onu hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandıraraq 9 ay həbs cəzasına məhkum edib.

Xatırladaq ki, Məhəmməd (Oxtay) Rəşidi, X.Xalid, sürücüsü Şamxal Hüseynov, Aşıq İsa Qaraxanlu, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxs aprelin 30-da gecə saatlarında ETTELAAT əməkdaşları tərəfindən saxlanılıblar. Onlar azərbaycanlı fəalın ata evində M.Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə toplaşıblar. ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə edib, onların özlərini isə naməlum istiqamətə aparıblar.

Mayın 6-da həmin mərasimin iştirakçılarından olan 3 azərbaycanlı fəal mülk girovu qoymaqla azadlığa buraxılıb. Bunlar İ.Qaraxanlı, Ə.Hadiyan və Fərhadi soyadlı şəxsdir. Azərbaycan vətəndaşları X.Xalid və Ş.Hüseynov iyunun 6-da həbsdən buraxılaraq vətənə dönüblər. M.Rəşidi isə 56 günlük həbs həyatından sonra iyunun 25-də 100 milyon tümən zəmanətlə Təbriz şəhərinin mərkəzi həbsxanasından məhkəməyədək müvəqqəti sərbəst buraxılıb. Azərbaycanlı fəal ETTELAAT-ın Təbrizdəki təcridxanasının təkadamlıq kamerasında 43 gün saxlanıldıqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülmüşdü.

Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi M.Rəşidini milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərmək və hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandıraraq 91 gün və 1 ay həbs cəzasına məhkum edib. Digər azərbaycanlı fəallar - aşıq İ.Qaraxanlu və Ə.Hadiyan isə bütün ittihamlar üzrə bəraət alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR