İranın ali dini lideri dünyanı fələstinliləri silahlandırmağa çağırıb

İranın ali dini lideri dünyanı fələstinliləri silahlandırmağa çağırıb
# 29 iyul 2014 14:55 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “Bütün dünya fələstinliləri silahlandırmalıdır”.

APA-nın “euronews”-a istinadən verdiyi xəbərə görə, bunu İranın ali dini lideri, Ayətullah Əli Xamneyi deyib. Dini lider bütün dünyanı Qəzzaya dəstək olmağa çağırıb.

Tehranda minlərlə adamın qatıldığı Ramazan bayramı namazından sonra çıxış edən Ayətullah Əli Xamneyi vurğulayıb ki, baş verənlər sionist rejim tərəfindən işlənən bir soyqırımıdır: “Bu, tarixi faciədir. Bu cinayətin işlənməsinə dəstək verənlər də cəzalandırılmalıdır. Yalnız müsəlmanlar deyil, bütün dünya fələstinliləri silahlandırmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR