İranın keçmiş daxili işlər naziri prezidentliyə namizədliyini irəli sürüb

İranın keçmiş daxili işlər naziri prezidentliyə namizədliyini irəli sürüb
# 18 mart 2013 10:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi iyunun 14-də keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, M. Purməhəmmədi bildirib ki, mühafizəkarlar qanadından seçkilərə qatılır: “Seçkilərdə əsas şüarım “İnkişaf meylləri”dir və islahatçıları özümə ciddi rəqib sayıram”.

Qeyd edək ki, M. Purməhəmmədi bundan əvvəl İran prezidenti Mahmud Əhmədinejadın hökumətində daxili işlər naziri olub. O, hazırda İranın Baş Müfəttişlik İdarəsinin sədridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR