İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr dekabrda İstanbulda keçirilə bilər

İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr dekabrda İstanbulda keçirilə bilər
# 29 noyabr 2012 13:49 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri dekabrın ortalarında Türkiyənin İstanbul şəhərində keçirilə bilər.

APA-nın məlumatına görə, bu barədə İranın “Fars” xəbər agentliyi diplomatik mənbələrinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, “altılıq” ölkələri bununla bağlı İrana təklif irəli sürüblər: “Altılıq” ölkələri nümayəndələrinin Brüsseldə keçirilən toplantısı zamanı danışıqların mümkün qədər tez keçirilməsi üçün ABŞ təmsilçisinə müraciət də edilib. “Altılıq” dekabrın ilk iki həftəsi ərzində İranla növbəti müzakirələri keçirmək fikrindədir. Əgər rəsmi Tehran razılıq verərsə, toplantı İstanbulda keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR