İranla Misir arasında birbaşa uçuşlar bərpa edilib

İranla Misir arasında birbaşa uçuşlar bərpa edilib
# 31 mart 2013 19:53 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranla Misir arasında birbaşa uçuşlar bərpa edilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, martın 31-də Tehran beynəlxalq hava limanından havaya qalxan, içərisində 50 iranlı turist olan sərnişin təyyarəsi Misirin Asvan şəhərinin aeroportuna enib.

İranlı turistlərin Misirdə bir həftə qalacağı və bu müddət içərisində bu ölkənin müxtəlif şəhərlərini ziyarət edəcəyi bildirilir.

Qeyd edək ki, martın 30-da da Qahirədən Tehrana hava reysi həyata keçirilib. Bundan sonra Tehrandan Misirin Qahirə, Luksor və Asvan şəhərlərinə uçuşlar həyata keçiriləcək. Bununla bağlı razılaşma Misirin turizm nazirinin İrana səfəri çərçivəsində əldə edilib.

Xatırladaq ki, İranla Misir arasında hava nəqliyyatı 1979-cu ildə rəsmi Qahirənin Təl-Əvivlə sülh müqaviləsi bağlamasından sonra dondurulub. Ancaq Hüsnü Mübarəkin devrilməsindən sonra İranla Misir arasında əlaqələr yenidən inkişaf etməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR