İranlı deputat: “İsrailin bütün nöqtələrini hədəfdədir”

İranlı deputat: “İsrailin bütün nöqtələrini hədəfdədir”
# 17 avqust 2013 12:00 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “Fələstin torpaqlarını işğal edən İsrailin bütün nöqtələri silahlarımızın hədəfindədir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Məhəmməd Həsən Asfəri bildirib. Onun sözlərinə görə, İsrailin İranla təhdid dili ilə danışmasının heç bir əhəmiyyəti və dəyəri yoxdur: “Çünki İsrailin hər cür hücum cəhdinə İran dərhal, təcavüzkarı peşman edəcək şəkildə cavab verəcək”.

M. Asfəri İsrailin baş naziri Benyamin Netenyahunun İranın nüvə obyektlərinə hücum edəcəyi ilə bağlı şərhini təbliğata söykənən dəyərsiz açıqlama kimi xarakterizə edib: “İsrailin İrana hərbi müdaxilə edəcək gücü və cəsarəti yoxdur”. Deputat İsrailin İrana kiçik bir həmləsində belə məhv ediləcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR