İraq ərazisində 50-dək suriyalı hərbçi öldürülüb

İraq ərazisində 50-dək suriyalı hərbçi öldürülüb
# 04 mart 2013 21:28 (UTC +04:00)

Bakı-APA. İraqın qərbindəki Ənbar əyalətində silahlılar 50-dək Suriya hərbçisini qətlə yetiriblər. APA-nın xəbərinə görə, bu barədə İraqın güc strukturları məlumat yayıb.

Əyalətin Ər-Rutba rayonunda silahlılar 70-dək suriyalı hərbçini daşıyan hərbi kolonnaya hücum ediblər.

Suriya hərbçiləri Yərubiyə şəhəri yaxınlığındakı sərhəd-keçid məntəqəsi müxaliflərin əlinə keçəndən sonra İraq ərazisinə qaçaraq burada gizlənirmişlər. Onlar «Əl-Valid» keçid məntəqəsinə tərəf gedərkən pusquya düşüblər. Hücum zamanı onları qoruyan 10-a yaxın iraqlı əsgər də öldürülüb. İraq ordusunun keçirdiyi əks-hücum nəticəsində bir neçə silahlı məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR