İraq prezidenti: “Tarixin ən təhlükəli terrorçu qruplaşması ilə üzləşmişik”

İraq prezidenti: “Tarixin ən təhlükəli terrorçu qruplaşması ilə üzləşmişik”
# 15 sentyabr 2014 12:11 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Parisdə “İraqda təhlükəsizlik və sülh” mövzusunda beynəlxalq konfrans başlayıb.

APA - nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, konfrans zamanı ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Danimarka, Türkiyə, Hollandiya, İraq, İngiltərə, İspaniya, İtaliya, Kanada, Qətər, Küveyt, Livan, Misir, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn, Yaponiya, İordaniya, Ərəb Ölkələri Liqası, Avropa İttifaqı və BMT nümayəndələri İŞİD-ə qarşı mübarizə planını müzakirə edəcəklər.

Konfransın açılışında çıxış edən İraq prezidenti Fuad Məsum ölkəsinin tarixin ən qorxunc terrorçu qruplaşması ilə üzləşdiyini bildirib. O qeyd edib ki, İŞİD üzvləri onlar kimi düşünməyən hər kəsə ağır işgəncələr verirlər və qətlə yetirirlər.

“Dünya birliyini İŞİD-in mövqelərinə havadan zərbələr endirməyə çağırırıq”, - deyə o vurğulayıb.

Fransa prezidenti Fransua Olland isə bildirib ki, sammitin başlıca məqsədi İŞİD-lə mübarizədə İraq hökumətinə lazımi dəstək verməkdir: "Vaxt itirmək olmaz, bölgə humanitar yardıma möhtacdır. Qadın və uşaqların daha çox zərər çəkməməsi üçün dəqiq addımlar atılmalıdır”.

Avropalıların İŞİD-ə qoşulmasına gəldikdə isə Fransa prezidenti gənclərin aldadılaraq bu cür qruplaşmalara qoşulmasının qarşısının alınmasının vacibliyini vurğulayıb. F. Olland həmçinin qeyd edib ki, Suriya müxalifətinə və Liviyaya dəstək veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR