İraqda törədilmiş bir neçə terror aktı nəticəsində ən azı 15 nəfər ölüb, 40-dan çox adam yaralanıb

İraqda törədilmiş bir neçə terror aktı nəticəsində ən azı 15 nəfər ölüb, 40-dan çox adam yaralanıb
# 05 mart 2013 18:43 (UTC +04:00)

Bakı-APA. İraqda martın 5-də törədilmiş bir neçə terror aktı nəticəsində ən azı 15 nəfər ölüb, 40-dan çox adam isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partladıcı quraşdırılmış avtomobil Xan Bani Səəd şəhərində stadion yaxınlığında partladılıb, nəticədə 3 nəfər ölüb, daha 20 nəfər isə yaralanıb.

Bundan başqa, Kərkük şəhərində iki avtomobil partladılıb, nəticədə 5 polis əməkdaşı ölüb, daha 18 nəfər isə (polis əməkdaşları daxil olmaqla) yaralanıb.

Bundan əlavə paytaxt Bağdadda naməlum şəxslərin daşınmaz əmlak ofisinə atəş açması nəticəsində iki nəfər həlak olub, bir nəfər isə yaralanıb. Agentliyin xəbərinə görə, paytaxtın cənubunda yaraqlılar kənd təsərrüfatı nazirliyinin əməkdaşı daxil olmaqla daha iki nəfəri qətlə yetirib.

Bundan başqa, ölkənin şimal və mərkəzi regionlarında bir neçə hərbiləşmiş qruplaşma liderləri və Əl Qəyyarə şəhərinin meri hücuma məruz qalıb, nəticədə 3 nəfər ölüb, mer və onun iki cangüdəni yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR