İŞİD silahlıları 10 iraqlı polis və hərbçini öldürüb

İŞİD silahlıları 10 iraqlı polis və hərbçini öldürüb
# 17 iyun 2015 00:17 (UTC +04:00)

Bakı-APA. İraqın Anbar vilayətində 10 polis əməkdaşı və hərbi qulluqçu İŞİD terror qruplaşmasının silahlıları tərəfindən öldürülüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Əl-Fəlucada terrorçuların hücumu zamanı 5 polis əməkdaşı öldürülüb, 6-sı yaralanıb.

Əbu-Qreyb şəhərində terrorçular hərbçilərin zirehli maşınına hücum edib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Qarma şəhərində isə terrorçu-kamikadze minalanmış avtomobili partladaraq 4 hərbi qulluqçunun həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR